Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirilib

05.06.2021

Azərbaycan poeziyasının inkişafında böyük rolu olan görkəmli şair Mikayıl Müşfiq 5 iyun 1908-ci ildə dünyaya gəlib. Şairin 113 illiyi münasibətiylə Xızı rayon M.Müşfiq Muzeyinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev iştirak edib. Onlar əvvəlcə Müşfiqin muzeyini ziyarət edib, orada aparılan abadlaşdırma işləri ilə yaxından tanış olublar.

İnsanların ətraf mühitin sağlamlaşdırılması naminə xidmət göstərən kampaniyada 600-dən çox gül kolları, çoxsaylı həmişəyaşıl ağaclar əkilib, şairin ruhuna ehtiram əlaməti olaraq muzeyin ətrafında təmizlik-abadlıq işləri görülüb.

 

121 KB

 

132.8 KB

 

122.2 KB