Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtın Tarix muzeyində dahi Nizaminin 880 illiyinə həsr olunan sərgi keçirilib

10.06.2021

2021-ci il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilib.

Bu münasibətlə dahi Nizaminin zəngin yaradıcılığına dair bir çox videoçarxlar, tamaşalar və sərgilər nümayiş etdirilir.

Sumqayıtın Tarix muzeyində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Mərkəzinin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət “Nizami Gəncəvi” nin 880 illiyinə həsr edilən sərgi baş tutub.

Sərgidə əvvəlcə, Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizaminin yaradıcılığından bəhs olunub.

Daha sonra sərgidə nümayiş etdirilən əsərlər haqqında məlumat verilib.

Sonda isə şagirdlər öz əsərlərində istifadə etdikləri mənbələr haqqında geniş məlumat veriblər.

 

77 KB

 

71.2 KB