Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəhid ailələrinə ziyarət davam ziyarət davam etdirilir

16.07.2021

Vətən torpağının  azadlığı uğrunda şəhadətə qovuşan şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq. Onların ailələri və bizlərə əmanət qoyduğu övladlarını mütamadi olaraq ziyarət etmək hər birimizin müqəddəs borcudur.

Belə bir təşəbbüslə çıxış edən Qubadlı rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi ikinci Qarabağ müharibəsi şəhidi Vüsal Tahir oğlu Allahverdiyevin ailəsinə baş çəkiblər.

Valideynləri övladları haqqında qürurla söhbət açaraq, onun xatirlərini bölüşüblər.

Kollektiv Vüsalın ailəsinə Allahdan səbr diləyib və hər daim onların yanında olduqlarını vurğulayıblar.

V.Allahverdiyev 16.08.1988 - ci ildə Qubadlı rayonunda dünyaya göz açıb. 31 avqust 1993-ci il tarixindən etibarən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar. Vüsal 1995-ci ildə Sumqayıt şəhərində yerləşən 23 saylı tam orta məktəbin birinci sinifinə daxil olub. 2006-cı ildə Kooperasiya Universitetinin tələbəsi olub. Məzun olduqdan sonra isə 2010-2011-ci illərdə Gəncə şəhərinə hərbi xidmətə yollanıb.

14.07.2020-ci ildə Tovuz hadisələrində general-mayor Polad Həşimovun şəhadətə qovuşmasından sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü olaraq hərbi komissarlığa yazılıb.

Ötən ilin sentyabrında əks hücumla başlayan Vətən müharibəsinə 1 oktyabr tarixində qatılıb. Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, 4 günlük mühasirədən sonra komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də onun cavabı “ya ikimiz bir yerdə şəhid olacağıq, ya da buradan birlikdə çıxacağıq” olub.

Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması haqqında qürurla danışıb. Vüsal hər zaman deyirdi ki, “ Bir işin sonu şəhidlikdirsə o işdən niyə qorxmalıyıq”.

Onun sonuncu döyüşü Xocavənd istiqamətində olub. Döyüş yoldaşlarını ölümdən xilas emək üçün  özünü düşmən mərmisinin üzərinə ataraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Ölkə başçısı tərəfindən “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

 

103.3 KB

 

100 KB