Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Vətən müharibəsi qazisi ziyarət olunub

17.07.2021

İkinci Qarabağ müharibəsində Azərbaycan əsgər və hərbiçiləri öz cəsurluğu, mərdliyi, mübarizə əzmi ilə  düşmənin bütün canlı qüvvəsini məhv edərək, yeni tarix yazdı. Şübhəsiz ki, bu döyüşlərdə vətən torpaqlarının müdafiəsi uğrunda canından keçən şəhidlərimiz və qazilərimiz xalqımızın qəlbində daim yaşayıb və yaşayacqdır.

Qubadlı Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi bu dəfə də qazimizin ailəsini ziyarət etdi.

Kollektiv qazimiz ilə onun keçdiyi şərəfli döyüş yolundan geniş söhbət etdi və ailənin qayğıları ilə maraqlandı.

Mir İsmayıl Kazım oğlu Kazımov 1997-ci ildə Sumqayıt şəhərində dünyaya göz açdı. 2004-ci ildə Nəsrəddin Tusi adına 12 nömrəli tam orta məktəbdə ilk orta təhsilinə başladı. 8-ci sinifdən isə təhsilini Qubadlı şəhər 4 saylı orta məktəbdə davam etdirdi. 11 illik məktəbi bitirdikdən sonra Türkiyənin Osmaniyə şəhərində Qorqud Atahan Universitetinə daxil oldu.

2019-cu ilin aprel ayında hərbi xidmətə yollandı. 27 sentybar 2020-ci ildə xidmətinin bitməyinə 3 gün qalmış, başlanan ikinci Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollandı. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdi.

9 oktyabr 2020-ci il tarixdə Xocavənd, Xankəndi uğrunda gedən döyüşlərdə yaralanaraq, ağır kəllə-beyin travması aldı. Müalicəsi davam etdirilir.

Qazimiz Ölkə başçısının sərəncamı ilə “Xocavəndin azad olunması uğrunda” medalı ilə təltif edildi.

 

111.5 KB