Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıtlı gənc fortepiano ifaçısı beynəlxalq müsabiqədə mükafata layiq görülüb

20.08.2021

2021-ci il avqustun 1-dən 5-dək Yunanıstan Respublikasının təşkil etdiyi "Yunanıstan Ulduzları" adlı beynəlxalq onlayn müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsi üzrə 5-ci sinif şagirdi Aylin Əsədli iştirak edib. Gənc pianoçu adıçəkilən müsabiqədə 3-cü yerə layiq görülərək, laureat adını qazanıb.

 Aylinin müəllimi Ülviyyə Məlikova  isə münsiflər heyəti tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.