Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vasif Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır

21.08.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin direktoru Vasif Heydər oğlu Heydərov  avqustun 20-də ömrünün 58-ci ilində vəfat edib.

V.Heydərov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1973-1979-cu illərdə Q.Qarayev adına 1 saylı musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. 1979-1983-cü illərdə isə Sumqayıt şəhər S.Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar sinfində təhsilini davam etdirib. Bununla yanaşı 1981-ci ildə 4 saylı Mədəniyyət evində tar ixtisası üzrə müəllim vəzifəsində çalışıb. 2 il sonra 1983-cü ildə Şirvan şəhər uşaq musiqi məktəbində tar ixtisası üzrə müəllim vəzifəsində işləyib. Fəaliyyətini 1986-cı ildə Sumqayıt şəhər “Pioner və məktəblilər” sarayının nəznindəki “Musiqi-xor” studiyasında tar müəllimi və ansamblın bədii rəhbəri kimi davam etdirib.

1988-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olaraq, 1993-cü ildə Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2001-ci ildə F.Əmirov adına 5 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə müəllim təyin olunub. Vasif Heydərov 2003-2010-cu illərdə Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi, Ə.Bakıxanov adına uşaq incəsənət məktəbində, 2010-2021-ci illərdə isə Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində direkor vəzifəsində çalışıb. 1 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinə direktor təyin edilmişdi.

Mərhumun xatirəsi həmkarlarının, yetirmələrinin və onu tanıyanların xatirəsində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!