Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel şəhidinin ailəsinə ziyarət edilib

15.09.2021

15.09.2021 – ci il tarixdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Nümayəndəliyi və Mincivan qəsəbə Uşaq Musiqi Məktəbinin təşəbbüsü ilə Aprel Şəhidi Müşviq Arif oğlu Orucovun ailəsinə baş çəkilib.

Müəssisənin kollektivi şəhidimizin ailəsi ilə bərabər Müşviqi yad edib, onun keçdiyi şərəfli yola nəzər salıblar.  

Müşviq Orucov 1994-cü ildə Bakıda anadan olub. O, 7 nömrəli Zəngilan rayon məktəbində orta təhsilə başlayıb. Şəhid Müşfiq Azərbaycan  Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra Naftalan şəhərində hərbi xidmətə yollanıb.  2016-cı il aprelin 5-də Tərtərdə döyüşlərində qəhrəmancasına şəhidlik məqamına ucalıb.

Müşfiq Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.