Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Musiqi Günü qeyd olunub

20.09.2021

18.09.2021-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Milli Musiqi günü və Üzeyir Hacıbəylinin 136-cı il dönümünə həsr olunan tədbir keçirilib. Konsertdə məktəbin müəllimlərindən ibarət xor kollektivi Üzeyir Hacıbəylinin

“Arşın mal alan” operettasından kompozisiya, məktəbin müəllimi İlhamə Yusifqızı ilə birlikdə Üzeyir Hacıbəylinin “Qaragöz” mahnısı səsləndirilib.

Xalq çalğı alətlərin müşayəti ilə məktəbin məzunu olan Nərmin Mirzəyeva “Çırpınırdı qara dəniz” mahnısını ifa edib.