Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Anar Nuriyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır

22.09.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin direktoru Anar Ramiz oğlu Nuriyev sentyabrn 19-da ömrünün 44-cü ilində vəfat edib.

Anar Nuriyev 1977-ci il noyabrın 17-də Sumqayıt şəhərində anadan olmuşdur. 1984-1994-cü illərdə Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbində təhsil almışdır. Eyni zamanda S.Rüstəmov adına Uşaq Musiqi məktəbində skripka ixtisası üzrə təhsil almış və 1992-ci ildə təhsilini başa çatdırmışdır.

1999-cu ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini, 2005-ci ildə isə Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi kollecini bitirmişdir. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ikinci ali təhsil almışdır. 1999-2001-ci illərdə Azərbaycan Milli Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir.

Əmək fəaliyyətinə 1995-ci ildə Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblına rəhbərlik etməklə başlamışdır. 2003-cü ildən Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin “Nəzəriyyə” şöbəsində müəllim, 2015-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır.

Ailəli idi, 2 övladı var.

Mərhumun xatirəsi həmkarlarının, yetirmələrinin və onu tanıyanların xatirəsində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!