Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon nümayəndəliyi şəhid ailələrinin qayğıları ilə maraqlanıb

12.10.2021

İkinci Qarabağ savaşındakı parlaq Qələbə, xalqımızın Vətən sevgisinin bariz nümunəsidir. Respublikamızın Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi xalqımızın həmrəyliyi minlərlə gəncin cəbhəyə könüllü olaraq getmək istəyi, yaralıların isə sağalmadan döyüşə getdiyindən bəlli idi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları və tabeli müəssisələrin kollektivləri Qələbəmizin canlı qəhrəmanı olan qazilərimizi və öz canlarını bir an belə düşünmədən fəda edən şəhidlərimizin ailələrini daim diqqətdə saxlayır, onların qayğıları ilə maraqlanırlar.

Abşeron rayon Ceyranbatan Folklor evi, Pirəkəşkül və Novxanı Sənətkarlıq klubu şəhidlərimizin bizə qalan son əmanətlərinə baş çəkiblər.

7 oktyabr 2020-ci il tarixində Füzuli döyüşləri zamanı şəhid olan Ceyhun Useynov Abşeron rayonunda dəfn edilib. Ölümündən sonra Ölkə başçısının sərəncamı ilə “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər qəhrəmanımız olan Rüfət Rauf oğlu Şabanov 24 fevral 2001-ci il tarixində Ceyranbatan qəsəbəsində doğulub. 2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il oktyabrın 3-ü Murovdağ uğrundaki döyüşlərdə şəhid olub. “ Vətən uğrunda”, “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.

Qələbəmizin təməlini qoyan Birinci Qarabağ şəhidlərindən olan Xoşbəxt Rəşid oğlu Məmmədov 23.11.1975-ci ildə Qafan rayonunda dünyaya göz açıb. 1994-ci il aprelin 24-ü Ağdərə döyüşlərində həlak olub.

Müəssisənin kollektivi hər üç şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulayıb. Onlara sovqat paylarını təqdim ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!