Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon üzrə nümayəndəliyi şəhid ailələrini ziyarət edib

12.10.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Nümayəndəliyi İkinci Qarabağ müharibəsi şəhidlərini mütəmadi olaraq ziyarət edir, onların qayğıları ilə maraqlanır, müxtəlif sovqat payı təqdim edirlər.

Bu dəfəki ziyarət şəhid Xəqani Füzuli oğlu Məmmədovun anım mərasiminə təsadüf edib.

X.Məmmədov 30 mart 2002-ci il tarixində Şirvan şəhərində dünyaya göz açıb. Əslən Zəngilan rayon Qaradərə kəndindən olan Xəqani Məmmədov 2009-cu ildə Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 nömrəli tam orta məktəbdə təhsilə başlayıb.

2020-ci ilin iyul ayında SHXÇDX-nın Zəngilan rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək 4 oktyabr 2020-ci ildə şəhidlik məqamına ucalıb. Subay idi. Oktyabrın 10-u Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” , "Suqovuşannın  azad olunmasına görə" medalları ilə təltif edilib.

Belə təşəbbüsün davamı olaraq, Zəngilan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi İmamalı Cəlil oğlu Hüseynovun evini və məzarını ziyarət ediblər.

İ. Hüseynov 3 dekabr 1992-ci ildə Zəngilan rayonunun Tağlı kəndində anadan olub. 1999-cu ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbinə daxil olub, həmin məktəbi bitirdikdən sonra Bakı şəhər Dərnəgül qəsəbəsində yerləşən Texniki Peşə məktəbində təhsilini davam etdirib. 2012-2014-cü illərdə Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmətdə iştirak edib. Hərbi xidməti başa vurduqdan sonra Baş Mühafizə İdarəsinin mühafizə xidmətində çalışıb.

Hərbiyə olan böyük marağı onu 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə gətirib çıxarıb. Sərhəd Qoşunlarının N saylı hissəsində müddətdən artıq hərbi xidmətə yollanaraq kiçik gizir vəzifəsində işləyib. Vətən sevgisi digər oğullar kimi onu da döyüşməyə sövq edib. 9 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalıb. Subay idi. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Ölkə başçının sərəncamı ilə "Vətən uğrunda","Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Müəssisənin kollektivi hər iki şəhidimizin ailəsinə səbr diləyib, onlara sovqat təqdim ediblər.

Allah rəhmət eləsin!